“Prezident qadın deputatların əlaqələri haqda heç kimə məlumat verməyib”
22 may 2009 13:30 (UTC +04:00)

“Prezident qadın deputatların əlaqələri haqda heç kimə məlumat verməyib”

“Azərbaycan prezidenti İlham Əliyev azərbaycanlı qadın deputatların Türkiyədəki əlaqələri mövzusunda heç kimə məlumat verməyib”.

Bunu Türkiyə KİV-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın bir müddət öncə bu ölkəyə səfər etmiş azərbaycanlı qadın millət vəkillərinin Türkiyədəki əlaqələri ilə bağlı ona bilgi verməsi ilə bağlı yazılanlarla əlaqədar APA-nın sualına cavab olaraq, Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Qeyd edək ki, Türkiyə KİV-i bu ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın partiyasının qapalı qrup toplantısında bir müddət əvvəl Türkiyəyə səfər etmiş azərbaycanlı qadın millət vəkillərinin bu ölkədəki dərin əlaqələri barədə məlumat verdiyini, bu barədə Azərbaycan prezidenti İlham Əliyevdən də bilgi aldığını söylədiyini yazıb.

Xatırladaq ki, bu gün azərbaycanlı qadın deputatlar brifinq keçirərək, yazılanlara etirazlarını bildiriblər. Türkiyə Nazirlər Kabineti isə xəbərin həqiqəti əks etdirmədiyinə dair açıqlama yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar