Dünyada 35 min deputat var
21 may 2009 17:15 (UTC +04:00)

Dünyada 35 min deputat var

Bu gün Bakıda Parlamentlərin Qlobal Antikorrupsiya Şəbəkəsinin Cənubi Qafqaz Regional Mərkəzinin (GOPAC) təşkilatçılığı ilə “Korrupsiya ilə mübarizə sahəsində cəmiyyətin rolu” mövzusunda konfrans keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə Parlamentlərin Qlobal Antikorrupsiya Şəbəkəsinin prezidenti Con Vilyams (Kanada), azərbaycanlı millət vəkilləri, QHT rəhbərləri, ekspertlər qatılıb. C.Vilyams çıxışında 15 il deputat olduğunu bildirib: “Xalqın bizə etimad göstərməsi yaxşı haldır. Ancaq gərək biz də bunun qarşılığını seçicilərimizə verək. Deputatlar danışmaq məsələsində həmişə yaxşı olublar. Ancaq vacib məsələlərlə bağlı işlərin görülməsi də olduqca zəruridir. Təşkilat olaraq bizim məqsədimiz dünyadakı 35 min deputata korrupsiyaya qarşı mübarizədə dəstək olmaqdır”.

C.Vilyams onu da deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə məsələsinə maraq var.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu üzrə Komitəsinin sədri Əli Hüseynov isə çıxışında Bakıda keçirilən tədbirin əhəmiyyətindən danışıb. Komitə sədri Azərbaycan deputatları üçün davranış kodeksinin hazırlanacağını bildirib. O, Azərbaycanda şəffaflıqla bağlı görülən işlərdən danışaraq Dövlət Neft Fondunu nümunə kim göstərib.

Tədbirdə digər millət vəkilləri və QHT rəhbərləri də çıxış ediblər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar