Müsavatın Gənclər Təşkilatı Azad Rəhimova müraciət ünvanladı
21 may 2009 17:00 (UTC +04:00)

Müsavatın Gənclər Təşkilatı Azad Rəhimova müraciət ünvanladı

“Xahiş edirik, tezliklə Müsavat Gənclər Təşkilatının nümayəndəsini qəbul edəsiniz”

Müsavat Partiyasının Gənclər Təşkilatı gənclər və idman naziri Azad Rəhimova müraciət ünvanlayıb. Lent.az-ın məlumatına görə, təşkilatın sədri Tural Abbaslının imzaladığı müraciətdə Müsavat Partiyasının Gənclər Təşkilatına təzyiqlərin olunduğu qeyd edilib. Müraciətdə təşkilatın “facebook” internet portalında açdığı səhifənin bağlandığı, həmçinin qurumun “livejournal.com” saytına manseiliklər törədildiyi bildirilib. Bundan başqa, bu il mayın 10-da təşkilat üzvlərinin Neft Akademiyasında baş verən terrorla əlaqədar keçirdiyi aksiyada gənc müsavatçıların döyüldüyü və polis bölmələrinə aparıldığı qeyd edilib.

Müraciətdə A.Rəhimovdan qeyd olunan məsələlərdə yol verilən haqsızlıqların qarşısının alınmasında yardımçı olmaq xahiş edilib: “Bütün bu baş verənləri və son ictimai hadisələri əsas gətirərək sizdən xahiş edirik tezliklə Müsavat Gənclər Təşkilatının nümayəndəsini qəbul edəsiniz”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar