“Xəzəryanı ölkələrin xarici siyasətinin formalaşmasında enerji daşıyıcılarının rolu”
Toronto şəhərində bu mövzuda konfrans keçiriləcək
Mayın 29-da Kanadanın Toronto şəhərindəki Beynəlxalq Əlaqələr üzrə Mərkəzinin “Vivian & David Campbell” konfrans zalında “Xəzəryanı ölkələrin xarici siyasətinin formalaşmasında enerji daşıyıcılarının rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransa Kanada, ABŞ və Azərbaycandan məruzəçilər qatılacaq. Tədbirdə əsasən Azərbaycan Respublikasının bu sahədə təcrübəsi barədə məruzələr və çıxışlar nəzərdə tutub. Konfransı London İqtisadi və Siyasi elmlər Universitetinin nümayəndəsi Aslan Amani açacaq. Onun çıxışından sonra Toronto Universitetinin təmsilçisi Dr.Lucan Vay “Sabiq Sovetlər İttifaqında avtoritar sabitlik mənbələri: müqayisəli perspektivdə Azərbaycan” mövzusunda məruzə təqdim edəcək. Həmin Universitetin daha bir alimi Dr.Robert Austinin çıxışı isə “Azərbaycanın xarici siyasətinə kənardan müşahidə perspektivləri” mövzusunda olacaq. Stonbric Beynəlxalq MMC-in aparıcı məsləhətçisi Dr. Elşən Ələkbərov “Xəzər hövzəsi enerji istehsalında siyasi və kommersiya reallıqları: Rusiya, ABŞ, Avropa İttifaqı və Çin mənbə və təsir axtarışında” mövzusunda məruzə ilə çıxış edəcək. Azərbaycanın Kanadadakı Səfirliyinin əməkdaşı Fərid Şəfiyev tədbir iştirakçılarına Azərbaycan xarici siyasətinin prioritetləri haqqında ətraflı məlumat verəcək. Konfransdan sonra Azərbaycan Respublikasının enerji ehtiyatları və xarici siyasətinə həsr olunmuş ayrıca “dəyirmi masa”nın təşkili də planlaşdırılıb.
Pərvin ABBASOV

1053