Kanadada Azərbaycan bayrağı yüksəldiləcək
Mayın 28-də Kanadanın Toronto şəhəri Meriyasının binası önündə Azərbaycan bayrağı yüksəldiləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə Toronto Meriyasinin nümayəndələri, o cümlədən Kansellor M.Feldman, Ontario Parlamentinin deputatları M.Kvinter ve R.Moridi və Kanadadakı Azərbaycan icmasının üzvləri iştirak edəcəklər. Azərbaycanın dövlət bayramı olan 28 May-Respublika Günü münasibətilə yüksəldilən bayraq Meriya binasının qarşısında 3 gün dalğalanaq. Mərasimdən sonra Toronto Meriyasının binasında bayram münasibətilə qəbul olacaq.
Pərvin ABBASOV
Pərvin ABBASOV
1193