Jurnalist təşkilatlarının rəhbərləri Milli Məclis üzvlərinə müraciət edib
“Diffamasiyaya görə cinayət cəzasını ləğv edin”
Azərbaycanın bir qrup jurnalist təşkilatlarının rəhbərləri Milli Məclis üzvlərinə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə “Diffamasiya haqqında” qanunun qəbulunun zəruriliyi qeyd olunur. “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşəbbüsü ilə hazırlanan müraciətdə xatırladılıb ki, bu yaxınlarda dövlət başçısı daha bir jurnalistin həbsi məsələsinə qarışmaq məcburiyyətində qalıb. Bu da diffamasiya ilə əlaqədar cinayət məsuliyyətinin ləğvi problemini yenidən gündəmə gətirib: “Həmin hadisə bir daha göstərdi ki, ictimai əhəmiyyətli məsələlərdən yazdıqlarına görə jurnalistləri həbsə atmaq olmaz. Heç kim demir ki, jurnalistlər qanundan yuxarıda dayanmalı, kimin haqqında nə istəsələr yazmalıdır. Amma verilən cəza səhvə adekvat olmalı, insanın azadlıqdan məhrum edilməsi ilə nəticələnməməlidir”.
Jurnalist təşkilatları rəhbərləri Azərbaycan parlamentini ölkədə gerçək söz azadlığını təmin etməyə, bunun üçün də vacib addımlardan biri olan diffamasiyaya görə cinayət cəzasını ləğv etməyə çağırır: ““Diffamasiya haqqında” ayrıca qanun qəbul etməklə Azərbaycan səhvə yol vermiş jurnalistlər üçün söz azadlığını əngəlləməyə imkan verməyən məsuliyyət növü və dərəcəsi müəyyən edə bilər. Bunun ölkəmizin dünyadakı mövqeyinə də çox müsbət təsir göstərəcəyi şübhəsizdir”.
Müraciət Azərbaycan Jurnalistlər Birliyi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası, Jurnalistika və İnkişaf Mərkəzi, Azərbaycan Media Mərkəzi və Nəcəf Nəcəfov Fondunun rəhbərləri tərəfindən imzalanıb.
Pərvin ABBASOV

1117