MDQB Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirəcək
20 may 2009 15:20 (UTC +04:00)

MDQB Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirəcək

Bu gün Milli Demokratik Qüvvələr Birliyi (MDQB) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Sədrlər Şurasının üzvləri ölkədə və regionda baş verən hadisələrə, xüsusilə də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və Rusiyaya səfəri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı müzakirələr aparıblar.

Toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümü münasibətilə mayın 27-də, saat 12:00-da BAXCP-nin mərkəzi qərargahında (Yasamal rayonu, Mirəli Seyidov küçəsi 23) "Azərbaycan Xalq Cümhuriyyəti: tarixi əhəmiyyəti və dərsləri" mövzusunda dəyirmi masanın keçirilməsi barədə qərar qəbul olunub. Dəyirmi masada siyasi partiya rəhbərlərinin, elm adamlarının, ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Milli Demokratik Qüvvələr Birliyi 2002-ci ildə təsis edilib. Hazırda quruma Bütöv Azərbaycan Xalq Cəbhəsi, Təkamül və Vahid Azərbaycan Milli Birlik partiyaları daxildir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar