Səfər Əbiyev Pakistanın müdafiə məhsulları naziri ilə görüşüb
20 may 2009 14:40 (UTC +04:00)

Səfər Əbiyev Pakistanın müdafiə məhsulları naziri ilə görüşüb

Mayın 20-də Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının müdafiə məhsulları üzrə federal naziri Abdul Qayyum Xan Catoi müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb.
Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüş zamanı nazirlər ölkələr arasında mövcud olan hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Samer Cavid iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar