Qərb bölgəsində “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçiriləcək
19 may 2009 14:15 (UTC +04:00)

Qərb bölgəsində “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçiriləcək

Müxtəlif hüquqi mövzularda tədbirlər Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən təşkil ediləcək
Mayın 18-dən iyunun 18-dək Azərbaycanda “İnsan hüquqları aylığı” çərçivəsində Ombusdmanın Gəncə Regional Mərkəzi tərəfindən qərb bölgəsində tədbirlərə start veriləcək. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Ombusdman Regional Mərkəzinin rəhbəri Rüfət Məcidov məlumat verib. Məlumata görə, Mərkəzin əhatə etdiyi şəhər və rayonlarda vətəndaşların iştirakı ilə keçiriləcək tədbirlər müxtəlif hüquqi mövzular üzrə təşkil olunacaq. Əsas məqsəd cəmiyyətin diqqətini ən ali dəyərlər olan insan hüquqları və əsas azadlıqlarına cəlb etmək, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin yüksəlməsinə təkan verməkdir.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar