Mətbuat Şurası da Fərda Qədirov məsələsindən danışacaq
18 may 2009 17:50 (UTC +04:00)

Mətbuat Şurası da Fərda Qədirov məsələsindən danışacaq

Azərbaycan Mətbuat Şurası “Medianın ekstremal şəraitdə iş xüsusiyyətləri” mövzusunda “dəyirmi masa” keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbir Şuranın inzibati binasında mayın 20-də saat 12.00-da keçiriləcək.

Tədbirdə Şuranın Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrində 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı gedən materialların monitorinqi əsasında hazırlanmış hesabat açıqlanacaq. Kütləvi informasiya Vasitələri təmsilçilərinin, media ekspertləri və mütəxəssislərinin iştirakı ilə baş tutacaq tədbirdə sənəddə əksini tapan məsələlər ətrafında diskussiyalar aparılacaq. Tədbirdə medianın ekstremal şəraitdəki iş xüsusiyyətlərinə dair təkliflərin hazırlanmasına yönələn müzakirələrin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, hesabat bu il aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edir. Sənəddə bu müddət ərzində medianın sözügedən hadisəyə yanaşma tərzi, onu işıqlandırmasındakı peşəkarlıq xüsusiyyətləri və digər bu kimi məqamlar yer alıb, təhlillər aparılıb, gözə çarpan tendensiyalar barədə məlumatlar verilib. Hesabatda eyni zamanda konkret statistik rəqəmlər də əksini tapıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037

Oxşar yazılar