![Bernar Fasie Bakıdadır](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bernar Fasie Bakıdadır
ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie Bakıya gəlib.
APA-nın xəbərinə görə, fransalı diplomat Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Bakıya Tiflisdən gəldiyini, ondan əvvəl isə İrəvanda olduğunu deyib.
B. Fasie İrəvanda Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşdüyünü bildirib: “Aparılan danışıqların detallarını açıqlaya bilmirəm. Amma proses ciddi şəkildə davam edir”.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini bildirən B. Fasie daha ətraflı həmin görüşdən sonra məlumat verəcəyini söyləyib. Fransalı həmsədr sabah Bakıdan gedəcəyini desə də, buradan hara yola düşəcəyinin hələ dəqiq bəlli olmadığını qeyd edib: “Ya Parisə, ya da Ankaraya gedəcəyəm. Ola bilsin ki, Ankaraya gedib, orada məsləhətləşmələr aparım”.
“İyunda Sankt-Peterburqda keçiriləcək sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilərmi” sualına cavabında B. Fasie bunun ölkə başçılarından asılı olduğunu deyib.

Oxşar yazılar
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcək
27 iyul 2024 , 15:19![87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb](https://lent.az/storage/news/2024/july/27/big/66a4ce1cba8ac66a4ce1cba8ad172207670066a4ce1cba8a866a4ce1cba8aa.webp)
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
27 iyul 2024 , 14:36![Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ](https://lent.az/storage/news/2024/july/27/big/66a4cb7f2a8b366a4cb7f2a8b4172207603166a4cb7f2a8ae66a4cb7f2a8b0.jpg)
Məzahir Pənahovdan deputatlığa namizədlərə XƏBƏRDARLIQ
27 iyul 2024 , 14:26![Sərdar Cəlaloğlu namizədliyini geri götürdü](https://lent.az/storage/news/2024/july/26/big/66a3ce7e1dffc66a3ce7e1dffd172201126266a3ce7e1dff766a3ce7e1dff9.jpg)
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü
26 iyul 2024 , 20:27![Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi](https://lent.az/storage/news/2024/july/26/big/66a34e90016fe66a34e90016ff172197851266a34e90016f966a34e90016fc.jpg)
Naxçıvan MSK-nın sədri deputat olmaq üçün istefa verdi
26 iyul 2024 , 11:21![Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi](https://lent.az/storage/news/2024/july/25/big/66a251d348e1566a251d348e16172191381166a251d348e0f66a251d348e12.jpg)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
25 iyul 2024 , 17:19![Polad Bülbüloğlu](https://lent.az/storage/news/2024/july/25/big/66a1e9bb8206066a1e9bb82062172188716366a1e9bb8205b66a1e9bb8205e.jpg)
Polad Bülbüloğlu Şuşanın deputatı olmaq istəyir - YENİLƏNİB
25 iyul 2024 , 16:11![Tovuzda erməni təxribatının qarşısı alındı](https://lent.az/storage/news/2024/july/25/big/66a23fec240eb66a23fec240ed172190922866a23fec240e566a23fec240e8.webp)