“Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri araşdırılır”
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəisi Arif Babayev APA-nın Türkiyə jandarmasının Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Kəmərinin (BTC) təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbinin səbəbləri və Azərbaycan Dövlət Neft Akademiyasında baş verən kütləvi qətlin istintaqı ilə bağlı suallarını cavablandırıb.
- Türkiyə jandarması «Botaş» şirkətindən BTC-nin ərazidən keçən hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib. Sizcə, bu hansısa təhlükə riskinin artması ilə bağlıdır?
- Türkiyə tərəfinin BTC-də təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin konkret nə ilə əlaqədar olması barədə bir fikir söyləyə bilmərəm. Düşünürəm, bu daha çox BTC-nin Türkiyə ərazisindəki hissəsində təhlükəsizlik infrastrukturunun və tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı ola bilər.
- Bəs bizdə bu sahədə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün hansı işlər görülür?
- Azərbaycanda ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2002-ci ildə yaradılmış ixrac kəmərlərinin təhlükəsizliyinə cavabdeh müvafiq idarələrarası komissiya fəaliyyət göstərir. Bu sahədə təhlükəsizliyin hərtərəfli təmin olunması üçün zəruri normativ sənədlər işlənilərək hazırlanıb və fasiləsiz əməli tədbirlər həyata keçirilir. Milli Təhlükəsizlik Nazirliyinin bu prosesdə rolu isə həmin müvafiq sənədlərlə tənzimlənir ki, bu da neft-qaz infrastrukturunun təhlükəsizliyinin tərkib hissəsi, əsas funksional elementi olan əməliyyat təminatıdır. Bizim əsas vəzifəmiz digər aidiyyəti strukturları neft-qaz sektoruna yönəlmiş mümkün təhdidlər barədə qabaqlayıcı məlumatlarla təmin etmək və bu cür təzahürlərin qarşısının alınmasında bilavasitə iştirak etməkdir. Bu məqsədlə biz digər aidiyyəti dövlət orqanları və şirkətlərin təhlükəsizlik xidmətləri ilə birgə strateji obyektlərin qorunması üçün müvafiq planların və tədbirlərin təşkilində də iştirak edirik.
Ümumiyyətlə, strateji obyektlər ən həssas obyektlərdir. Bu cür əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən ən həssas sənaye, kommunikasiya və nəqliyyat infrastrukturları müəyyənləşdirilir, xüsusi obyektlərin siyahısı tərtib olunur və həmin obyektlərdə terrorçuluq və təxribat aksiyalarına imkan verməyən və əhəmiyyətli dərəcədə qarşısının alınmasına xidmət edən təhlükəsizlik rejimləri tətbiq olunur. Terrorçu təşkilatların transmilli mütəşəkkil cinayətkarlıq, separatçı rejimlər və dini ekstremist qruplar ilə sıx əlaqələrini, eləcə də terror təhlükələrinin çoxşaxəli olduğunu nəzərə alaraq, bu sahə üzrə təhlükəsizlik tədbirlərinin hərtərəfli və fasiləsiz təmin olunması MTN-in bütün əməliyyat aparatı, analitik və texniki struktur bölmələri qarşısında ən prioritet vəzifə kimi qoyulub.
- Təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə toxunduq. Bu arada ADNA-da baş vermiş hadisələrlə bağlı da suallarımız var idi. APA-nın Gürcüstan bürosuna etibarlığı səhih olan mənbənin verdiyi məlumata görə, ADNA-da qanlı aksiya törətmiş Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri müəyyən olunub. Yeri gəlmişkən, bəzi qəzetlər MTN-in bu hadisənin istintaqına cəlb olunmadığını da yazır. Bu və Fərda Qədirovun Ermənistan əlaqələrinin araşdırıldığı barədə hər hansı məlumat verə bilərsinizmi?
- Bir daha fürsətdən istifadə edərək ADNA-da törədilmiş faciə nəticəsində həlak olanların ailələrinə baş sağlığı veririk, yaralıların isə tezliklə tam sağalmasını arzulayırıq. Sizin sualınızın birinci hissəsinə cavab olaraq, bildirirəm ki, həmin qəzetlərdə gedən xəbərlər həmişəki kimi şəxsi fərziyyələrdən, naşı təxəyyüldən başqa bir şey deyil.
Azərbaycan Dövlət Neft Akademiyasında günahsız insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat qrupunda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da fəaliyyət göstərirlər. Milli Təhlükəsizlik Nazirliyi bu istiqamətdə əməliyyat təminatı üzrə vəzifələrin həyata keçirilməsində bilavasitə iştirak edir.
Fərda Qədirovun Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrinə gəlincə, qeyd etməliyəm ki, bu cinayət hadisəsi üzrə heç bir versiya istisna olunmur, bütün versiyalar üzrə iş gedir, prossesual araşdırmalar aparılır. Düşünürəm, bu barədə istintaq qrupunun yaxın günlərdə ictimaiyyət üçün məlumatı olacaq.

1023