Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyət Litvaya gedir
14 may 2009 16:00 (UTC +04:00)

Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyət Litvaya gedir

Spikerin bu ölkənin prezidenti və baş naziri ilə görüşü gözlənilir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-dən 16-dək Litva Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə Lent.az-a parlamentin mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Musa Quliyev, Əhməd Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Nümayəndə heyətinin üzvləri Litva Respublikasının Seymində ölkə parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaqlar. Milli Məclisin sədri Oqtay Əsədovun Seymin spikeri Arunas Valinskas ilə keçirəcəyi görüşdə, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri bu sahədə əməkdaşlığın daha da dərinləşməsi, qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının prezidenti Valdas Adamkus, ölkənin Baş naziri Andrius Kubilius ilə görüşləri nəzərdə tutulub Bu görüşlərdə tərəflər ölkələr arasındakı əməkdaşlığın indiki və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşəcəklər.

Səfər müddətində nümayəndə heyətinin üzvləri ölkəmizin Litvadakı səfirliyində olacaq, buradakı Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar