Beynəlxalq Mətbuat İnstitutu rəhbərlərinin Bakı səfəri başa çatdı
U.Rəhimoğlu: “Ümid edirəm ki, 2010-cu ildə nəzərdə tutulan BMİ-nin Dünya Konqresi və 59-cu Baş Assambleyası Bakıda keçiriləcək”
BMİ-nin Azərbaycan Milli Komitəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana gələn Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) sədri Ceyn Virkkunenin, qurumun direktoru Deyvid Dədcin səfəri başa çatdı.
BAMF informasiya Departamentindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Şəhidlər Xiyabanına baş çəkib şəhid jurnalistlərin də məzarlarını ziyarət edən BMİ rəsmiləri BAMF-da, Azərbaycan Mətbuat Şurasında, Azərbaycan Respublikasının Prezident Administrasiyasında bir sıra görüşlər keçirdilər.
BMİ-nin direktoru cənab D.Dədc mayın 12-13-də BMI-nin Dünya Konqresinin keçirilə biləcəyi otellərə və konfrans zallarına baş çəkib. BAMF-ın sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sözlərinə görə, D.Dədc Azərbaycanın qədim tarixi yerlərindən biri olan Qobustan Milli Tarixi Qoruğunu da ziyarət edib: “Cənab Ceyn Virkkunen və Deyvid Dədc səfər zamanı ölkə rəsmiləri və mətbuat nümayəndələri ilə görüşdülər. Mayın 12-də Beynəlxalq Mətbuat İnstitutunun sədri cənab Ceyn Virkkunen səfərini başa vuraraq, BMİ-nin Dünya Konqresi və 58-ci Baş Assambleyasına ev sahibliyi edəcək Helsinkiyə yola düşdü. Deyvid Dədcin səfəri isə davam edirdi. Bu gün o da səfərini başa vuraraq Bakını tərk etdi. Mən ümid edirəm ki, bu səfərin nəticələri uğurlu olacaq və 2010-cu ildə nəzərdə tutulan BMİ-nin Dünya Konqresi və 59-cu Baş Assambleyası Bakıda keçiriləcək. Bu, dünya jurnalistlərini bir araya gətirən, milli mətbuatın inkişafında əhəmiyyətli rol oynayan mötəbər bir tədbirdir. Bizim təşkilatımız və BMİ-nin Azərbaycan Milli Komitəsi bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə hələ 2006-cı ildə çıxış edib və mən inanıram ki, bu istiqamətdə gördüyümüz işlər öz bəhrəsini verəcək”.
Qeyd edək ki, BMİ rəsmilərinin Azərbaycana səfərinin məqsədi BMİ-nin 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsinin mümkünlüyünü müzakirə etmək idi.

609