Bakıda Avropa Şurasının yubileyinə həsr olunmuş konfrans keçiriləcək
“Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqi”
Bakıda “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmə təcrübəsində tətbiqi” adlı konfrans keçiriləcək. Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHA) Baş katibi Nadir Adilovun Lent.az-a verdiyi məlumata görə, tədbir prezident İlham Əliyev tərəfindən imzalanmış 19 yanvar 2006-cı il tarixli fərmandan sonra aparılan məhkəmə-hüquq islahatları, görülən işlərin ictimaiyyətin diqqətinə çatdırılmasından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınmasının praktik tərəflərini müzakirə etməkdən ibarətdir. N.Adilov bildirib ki, konfransın keçirilməsi Avropa Şurasının 60 illik yubileyinə həsr olunur və tədbir Avropa Şurası ilə əməkdaşlıq şəraitində Azərbaycan Hüquqşünasları Konfederasiyası və Ümumi Məhkəmə Hakimləri Assosiasiyası tərəfindən təşkil olunur. Konfrans mayın 22-də keçiriləcək.
Konfransın açılış mərasimində Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komitəsinin sədri Əli Hüseynov, Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyası ictimai birliyinin sədri, Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərov çıxış edəcəklər. Daha sonra konfransda Azərbaycan prezidentinin 19 yanvar 2006-ci il tarixli fərmanından irəli gələn məsələlər, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi sahəsində aparılan islahatlar barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə heyətinin üzvü Çingiz Əsgərov məruzə ilə çıxış edəcək.
Digər bir məruzə isə, Azərbaycanda aparılan məhkəmə islahatları ilə bağlı olacaq. Bu məruzə ilə, Azərbaycan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, AHA İdarə heyətinin üzvü Cavid Hüseynovun çıxış etməsi nəzərdə tutulub.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan məhkəmə təcrübəsində istifadə olunmasında hakimlərin rolu adlı məruzə ilə isə Azərbaycan Ali Məhkəməsinin hakimi, AHA İdarə heyətinin üzvü Vəfaddin İbayevin çıxışı nəzərdə tutulur.
Hər bir məruzədən sonra məruzələr ətrafında müzakirələr və çıxışlar olacaq.
Konfransda hakimlər, vəkillər, hüquq-mühafizə orqanları əməkdaşları, hüquq müdafiəçiləri, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lər və KİV nümayəndələri iştirak edəcəkdir.
Pərvin ABBASOV

1078