ATƏT-in cəbhə xəttində monitorinqi başa çatıb
13 may 2009 10:15 (UTC +04:00)

ATƏT-in cəbhə xəttində monitorinqi başa çatıb

Monitorinq insidentsiz başa çatıb
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboyun Tapqaraqoyunlu kəndindən 4 km qərbdə monitorinq keçirilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Countulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, İrji Aberle və Jaslan Nurtazın izləyib.
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, monitorinqdən öncə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri İmre Palatinus və Vladimir Countulov Goranboy rayon İcra Hakimiyyətində olub. Rayon İcra Hakimiyyəti başçısı Elşən Abasovla görüşən ATƏT nümayəndələrinin nəzərinə çatdırılıb ki, bu ilin ötən dövründə erməni silahlı qüvvələri tərəfindən atəşkəs 48 dəfə pozulub. Açılan atəş isə yaşayış evlərinə zərər vurub, əhalinin dinc yaşamasına mane olub. Yarım saat davam edən görüşdən sonra ATƏT nümayəndələri qoşunların təmas xəttinə yola düşüb.
Monitorinq insidentsiz başa çatıb.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 776

Oxşar yazılar