Deputat Qafqaz Müsəlmanları İdarəsini kəskin tənqid etdi
Siyavuş Novruzov: “Azərbaycan tolerant ölkədir, lakin bəzi məsələlərlə bağlı problemlər var”
“Azərbaycan tolerant ölkədir. Lakin bəzi məsələlərlə bağlı problemlər var”.
APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib: “Bəzən Azərbaycanda insanlar ayrı-ayrı sektalara qoşulur. Bizim gözəl dinimiz var. Lakin onu vətəndaşlarımıza doğru-düzgün çatdıra bilmirik”.
Heç kimin fəaliyyətinə qiymət vermək istəmədiyini bildirən deputat daha sonra bunları deyib: “Hamını çox istəyirəm. Amma millətimi və dövlətimi hamıdan çox istəyirəm. Bu gün Azərbaycanda yas mərasimlərində banan, Afrika üzümündən tutmuş, ən müxtəlif meyvələr verilir. Yas çadırları şadlıq evlərindən baha kirayələnir. Niyə Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı bir dəfə də olsun fətva verməyib? Bununla bağlı ölçü götürülməlidir. Bu gün Azərbaycanda yas mərasimlərini keçmiş sahə müvəkkilləri, həbsdə yatan adamların aparmasına rast gəlinir. Halbuki bu məclisləri istedadlı, dini təhsili olan adamlar aparmalıdır. Mən Qafqaz Müsəlmanları İdarəsinin kolbasaya lisenziya verdiyini eşidirəm. Roma Papası nə vaxt belə lisenziya verib? Nəzir qutularından yığılan pullar hara gedir? Bunun vergisi ödənirmi? Nəyə xərclənməsi barədə niyə hesabat verilmir? Gürcüstanda bu cür vəsaitlər uşaqların ürək əməliyyatlarına sərf olunur. Bunlar xalqın puludur. Bəs bizdə bu pullar hara gedir? Buna aydınlıq gətirilməlidir”.
Bu gün Azərbaycanda bütün sahələrdə islahatlar aparıldığını qeyd edən S. Novruzov bu islahatlar dini sahədə də aparılmasının zəruriliyini söyləyib: “Özü də gecikdirmədən, bu gün. Din bu millətə layiq olan səviyyədə təbliğ olunmalıdır”.

950