Şuşanın işğalından 17 il keçir
Ermənilər qədim Şuşanın ən nadir ağaclarını da kökündən çıxarıb
Ərazisinin 20 faizə qədərini meşə örtüyü təşkil edən Şuşa şəhərinin işğalından 17 il ötür. Ümumi sahəsi 29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə əhəmiyyətli mineral sular, dərman bitkiləri və çiçəklərlə zəngindir. Qafqazın ən iri mineral bulaqlarından sayılan Turşsu və Şırlan məhz bu ərazidə yerləşir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildiriblər ki, Şuşada ümumi ehtiyatı 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, 397 min kubmetr kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50 min kubmetr/gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min kubmetr/gün mineral su yataqları var. 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edib. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranaraq aparılıb. Nazirliyin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif vasitələrlə apardığı videoçəkilişlərdə təbii sərvətlərin ermənilər tərəfindən dağıdıldığına dair çoxlu faktlar əksini tapıb. Belə ki, Şuşada yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunur. Həmçinin “Dörd yol” adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxtəlif növ iri diametrli çoxillik ağaclar kəsilib, yolun sağında isə ağaclar bütünlüklə qırılıb. Həmin videoçəkilişlərdə Zarıslı kəndində bütün ağacların, hətta məktəbin həyətindəki dekorativ və meyvə ağacları tamamilə məhv edildiyi, Topxana meşəsinin qoruq zonasında, meşə sahəsinin geniş düzənliyə çevrilməsi və orada tikinti işlərinin aparıldığı aydın şəkildə görünür.
Elxan SALAHOV

1090