Rəbiyyət Aslanova: “Qafqaz Müsəlmanları İdarəsinə xüsusi səlahiyyət verilsin”
Parlamentin komitə sədri qanuna əlavə dəyişikliklərin müzakirəsində bunu təklif edib
“Qafqaz Müsəlmanları İdarəsi də dini icma kimi qeydiyyatdan keçdiyindən ölkədəki digər icmaların fəaliyyətinə nəzarət məsələsində problem yaranır. Qeydiyyat problemlərinin həll olunması üçün Qafqaz Müsəlmanları İdarəsinə xüsusi səlahiyyət verilməlidir”, - Trend News-un məlumatına görə, mayın 6-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə aparılan müzakirələr zamanı bildirib.
Trend News-un arayışı: Azərbaycanın "Dini etiqad azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər edilməsi barədə yeni layihə hazırlanıb.
"Qanun qəbul olunandan indiyə qədər 8-ə qədər əlavə və dəyişiklik edilib. Qanunda qeyri-müəyyənliklər olduğundan yeni əlavə və dəyişikliklərə ehtiyac var", - o deyib.
Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə ölkədə fəaliyyət göstərən dini qurumların sayı 533-ə çatıb.
2008-ci ildə qeydiyyata alınan dini icmaların 101-i islam, biri isə qeyri-islam təmayüllü, Sumqayıt şəhərində fəaliyyət göstərən "Kübar" yəhudilər dini icmasıdır.
Yeni əlavəyə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunacaq.
Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. "Dini qurum yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunub. Məlumatda göstərilən hüquqi ünvanda fəaliyyət göstərə bilər", - əlavədə qeyd edilir.
Layihədə dini qurum tərəfindən Azərbaycan Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" qanun və digər qanunlar pozulanda, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyət həyata keçiriləndə, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və digər dini ekstremal əməllərə yönəlmiş hərəkətlər ediləndə, insan şəxsiyyətinə, hüquq və azadlıqlarına qəsd etmə və ya qəsd etməyə təhrik etdikdə və digər qanunsuzluqlara yol verildikdə dini qurumların ləğv edilməsi nəzərdə tutulur.
"Dövlət-din və cəmiyyət-din münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün qanuna təklif olunan əlavə və dəyişikliklərə ciddi ehtiyac var", - Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

1213