Əcaib təklif: “Bakıda “Lənətlər qəbiristanlığı” yaradılsın”
Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi 2009-cu ilin aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı hazırladığı analitik materialı açıqlayıb. Lent.az-ın məlumatına görə, təşkilatın sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib ki, prezident Barak Obamanın hakimiyyətdə olduğu ilk 100 gün ABŞ-n dünya siyasətindəki dəyişikliklərlə bağlı müəyyən nəticələr çıxarmağa əsaslar yaradır.
M.Əhmədoğlunun sözlərinə görə, aprel ayında Ermənistan-İran münasibətləri artan dinamika ilə davam edib. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyində anlaşılmazlıq olduğunu da bildirib.
M.Əhmədoğlu çıxışında Ermənistan-Türkiyə münasibətlərinə də geniş yer ayırıb. O deyib ki, Türkiyənin daxilində Ermənistanla münasibətlərin normallaşmasının ən böyük tərəfdarlarından biri nurçulardır. Politoloq bu aralar Azərbaycandakı nurçuların da aktivləşdiyini bildirib.
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) hadisənin siyasi terror olduğunu deyən M.Əhmədoğlu qatilin təmsil olunduğu bölgənin mərhum jurnalist Elmar Hüseynovun qatilləri ilə eyni bölgədən olduğuna diqqəti çəkib: “Həmin coğrafiyada erməni-kürd faktoru ilə yanaşı İran faktoru da var”.
M.Əhmədoğlu deyib ki, Bakı şəhəri ilə Sumqayıtın Z.A.Tağıyev qəsəbəsi arasındakı boş torpaq ərazisində “Lənətlər qəbiristanlığı” yaradılmalı, hadisəni törədən Fərda Qədirov orada basdırılmalıdır: “Qoy buna baxıb başqaları da dərs götürsün”.
Pərvin ABBASOV

886