MM sədri: “Poreba ərazi bütövlüyümüzə hörmətsizlik edib”
“Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Tomaş Poreba Azərbaycanın ərazi bütövlüyünü pozaraq Ermənistandan Dağlıq Qarabağa getməklə öz səviyyəsizliyini göstərib”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin spikeri Oqtay Əsədov deyib.
Spiker bildirib ki, artıq MM-in müvafiq komitələrinə bununla bağlı mövqe bildirmək üçün tapşırıq verib. Avropa Parlamenti nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirdiyini deyən spiker özü də bununla bağlı mövqeyini Avropa Parlamentindəki həmkarlarına çatdıracağını qeyd edib.
MM-in Beynəlxalq əlaqələr komitəsinin sərdi Səməd Seyidov Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, xatırladıb ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamədə də Azərbaycanın ərazi bütövlüyü tanınıb: “Təəssüflər olsun ki, bu şəxs Avropa Parlamentinin tapşırığını yerinə yetirmək əvəzinə, Azərbaycanın ərazi bütövlüyünü pozaraq Dağlıq Qarabağ gedib, separatçılarla görüşüb. Onun Qarabağa gedib separatçılarla görüşməsi mədəniyyətsizlikdir”.
Komitə sədri məsələ ilə bağlı Avropa Parlamentinə məktublar göndəriləcəyini və T.Porebanın hərəkətlərinin izlənməsinin tələb olunacağını açıqlayıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29