Türkiyə rəsmiləri Bakıda səfərdədir
Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyəti nazir Azad Rəhimovla və gənclər təşkilatları ilə məsləhətləşmələr aparacaq
Türkiyənin Gənclər və İdman Direktoru Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qarşılıqlı əməkdaşlığın istiqamətlərinin genişləndirilməsi məqsədi ilə 2007-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu səfərin məqsədi də həmin saziş çərçivəsində növbəti il üçün birgə tədbirlərin təşkili məsələlərini müzakirə etməkdir.
Səfər çərçivəsində qonaqlar gənclər və idman naziri Azad Rəhimovla görüşəcəklər. Türkiyə nümayəndə heyətinin həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” ictimai birliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşləri nəzərdə tutulur. Bundan başqa, Yunus Akgülün rəhbərlik etdiyi nümayəndə heyəti idman bazaları ilə tanış olub, Şağan Olimpiya İdman Kompleksinə səfər edəcəkdir.
Nazirlikdə bildirirlər ki, səfər 3 gün davam edəcək. Səfər proqramı çərçivəsində Türkiyə Respublikasının Gənclər və İdman Direktoru Yunus Akgül şəhərimizin tarixi yerləri ilə tanış olub, “İçəri şəhər” də ekskursiya etmək imkanı əldə edəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07