Azərbaycan və Uruqvay xarici işlər nazirlikləri məsləhətləşəcəklər
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində İlqar Muxtarov Uruqvay Xarici İşlər Nazirliyinin baş katibi Nelson Yemil Ghaben və Uruqvay Diplomatik Akademiyasının Direktoru Alvaro Moerzinger ilə görüşlər keçirib.
İlqar Muxtarov Nelson Yemilə xarici işlər nazirimiz Elmar Məmmədyarovun Uruqvay xarici işlər naziri Luis Leonardo Almagro Lemesə ünvanladığı məktubu təqdim edib. Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında imzalanmış saziş çərçivəsində 2011-ci ildə ildə Bakıda xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi haqda razılıqlarını bildiriblər. İlqar Muxtarov görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açıb, münaqişənin tarixi və davam edən danışıqlar prosesi barədə xəritə əsasında Uruqvay Xarici İşlər Nazirliyinin baş katibinə məlumat verib. Nelson Yemen deyib ki, Uruqvay daim beynəlxalq hüququn tələblərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunmasına tərəfdar çıxıb. O, buna misal kimi Kosovanın müstəqilliyinin Uruqvay tərəfindən tanınmadığını qeyd edib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair, o cümlədən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlqar Muxtarovun Uruqvay Diplomatik Akademiyasının direktoru Alvaro Moerzinger ilə görüşü zamanı iki ölkənin Diplomatik Akademiyalarının professorları üçün müvafiq təcrübə mübadiləsi, gənc diplomatlar üçün qarışlıqlı şəkildə təlim-tədris kursları və təhsil almaq məsələlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

678