Vaşinqtonda Azərbaycan radiosu fəaliyyətə başlayıb
06 dekabr 2010 11:23 (UTC +04:00)

Vaşinqtonda Azərbaycan radiosu fəaliyyətə başlayıb

APA-nın Vaşinqton müxbiri xəbər verir ki, Azərbaycan radiosu hər bazar günü Amerikanın New World (Yeni Dünya) radiostansiyasının 1120 AM dalğasında Vaşinqtondan efirə çıxır. Radio proqramı Azərbaycanın zəngin ənənələrini, mədəniyyətini, musiqisini, poeziyasını, tarixini və ən əsası Dağlıq Qarabağ problemini əhatə edir.

Proqram həm ingilis, həm də Azərbaycan dillərində yayımlanır. Radio noyabrın sonlarında efirə çıxıb və artıq populyarlaşıb.

Vaşinqtondan kənarda yaşayanlar isə radio proqramını www.wust1120.com saytında dinləyə bilərlər.
# 475

Oxşar yazılar