“Prokurorluq əməkdaşlarının imtahan verməsi müsbət hal olacaq”
“Bu ilin dekabrında Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun, gələn ilin yanvarında isə rayon prokurorluğu əməkdaşlarının test imtahanları verməsi müsbət bil hal olacaq”. Bunu Lent.az-a açıqlamasında vəkil Aslan İsmayılov söyləyib.
Keçmiş prokurorluq işçisi olduğunu və prokurorluğu yaxşı tanıdığını bildirən Aslan İsmayılov deyib ki, hətta bu test imtahanları bir az gecikib: “Mən hesab edirəm ki, bütün ölkədə bütün sahələrdə çalışanların, xüsusən hüquq-mühafizə orqanlarında işləyən şəxslərin test imtahanlarından keçməsi lazımdır. Həm də test imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aparması məqsədə uyğundur”.
Aslan İsmayılov deyib ki, bu gün rayonlarda prokuror işləyənlərin bir qismi yalnız SSRİ-dən qalma qanunvericiliyi bilirlər, yeni qanunvericilikdən o qədər də məlumatlı deyillər: “Ona görə də belələri test imtahanları keçiriləcəyi barədə xəbəri narazılıqla qarşılayırlar. Çünki bilirlər ki, həmin test imtahanını verə bilməyəcəklər. Test imtahanının tətbiq olunması çox müsbət haldır”.
Ramiz

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29