Qənirə Paşayevaya “Zəki Vəlidi Toğan Mükavatı” təqdim olunub
Simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, tədbirdə türk dövlət və topluluqlarından gəlmiş, fərqli ixtisas sahibi olan 60-dan çox alim, araşdırmaçı, QHT rəhbəri, KİV nümayəndələri iştirak edirlər.
Simoziumun açılış mərasimində tədbirin təşkilatçıları – Avrasya İqtisadi Münasibətlər Dərnəyinin sədri Hikmət Ərən, Levkə Avropa Universitetinin professoru Mehmet Zəfər və universitetin rektoru professor Əhməd Bülənd Göksəllə yanaşı, ŞKTC prezidenti Dərviş Əroğlu, ŞKTC Məclisinin spikeri Həsən Bozər, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türk Dünyası Bələdiyyələr Birliyi başqan vəkili İsmayıl Kavunçu, TÜRKSOY başqanı professor Düsen Kaseinov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak çıxış ediblər. ənirə Paşayeva da çıxış edib, simpoziumun mövzusu, müzakirə olunacaq məsələlər, mövzuyauyğun vəzifələr haqqında fikir və mülahizələrini bölüşüb.
Millət vəkili çıxışında Türk Dünyasının ağrılı problemlərinə, xüsusənDağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməmi barədə danışıb. Qənirə Paşayeva qeyd edib ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının problemi olmalı və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməlidirlər. O, ermənilərin “qondarma soyqırım” yalanlarına qarşı da birgə mübarizə aparmağın zəruri olduğun vurğulayıb.
Simpoziumun açılış mərasimi “2010-cu il professor-doktor Zəki Vəlidi Toğan Mükavatı”nın təqdimatı ilə də əlamətdar olub. Mükafata layiq görülənlər arasında ŞKTC prezidenti Dərviş Əroğlu, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı, Türk Dünyası Bələdiyyələr Birliyi başqan vəkili İsmayıl Kavunçu, TÜRKSOY başqanı prof. Düsen Kaseinov, Keçiörən bələdiyyə başqanı Mustafa Ak, Türk “Qızıl Ay”ı, o cümlədən millət vəkili Qənirə Paşayeva da var. Zəki Vəlidi Toğanın adını daşıyan mükafata layiq görülməsinin onun üçün böyük şərəf olduğunu deyən millət vəkili Qənirə Paşayeva təşkilatçılara “Türk Dünyasını Tanıyaq və Tanıdaq” layihəsi çərçivəsində yazdığı kitabları və Azərbaycan həqiqətlərini özündə əks etdirən materialları hədiyyə edib.
Simpoziumun aşılış mərasimindən sonra keçiriləcək plenar iclaslarda müxtəlif mövzularda çıxışlar olacaq.

738