Ramiz Mehdiyevin “Gorus-2010: Absurd Teatrı mövsümü” kitabı təqdim edilib
03 dekabr 2010 13:23 (UTC +04:00)

Ramiz Mehdiyevin “Gorus-2010: Absurd Teatrı mövsümü” kitabı təqdim edilib

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov deyib ki, filosof alim Ramiz Mehdiyev “Gorus-2010: Absurd Teatrı mövsümü” kitabında erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa edib, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını tarixi faktlarla diqqətə çatdırıb: “Kitabda erməni ideoloqlarının “yeni tədqiqatlarına” elmi dəlillərlə tutarlı cavab verən akademik Ramiz Mehdiyev həmin “arqumentlərin” əsassızlığını sübuta yetirir. Bu qiymətli əsərdə sübut olunur ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi bütün tarixi dövrlərdə Azərbaycan dövlətlərinə məxsus olub, bu torpaqların ən qədim yerli əhalisi, aborigen sahibləri Azərbaycan türkləri olub”.

Çıxış edən AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov kitabın erməni təbliğatına qarşı informasiya müharibəsində çox qiymətli əsər olduğunu vurğulayıb. O, kitabda Azərbaycanın ən müxtəlif dövrlərə aid, həmçinin qədim xəritələrinin də yer aldığını qeyd edib.

Qeyd edək ki, “Gorus-2010: Absurd Teatrı mövsümü” kitabı tarixçilər, politoloqlar, beynəlxalq məsələlər üzrə mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069

Oxşar yazılar