Azərbaycan və Türkiyə müdafiə nazirləri Qarabağdan danışdılar
03 noyabr 2010 13:52 (UTC +04:00)

Azərbaycan və Türkiyə müdafiə nazirləri Qarabağdan danışdılar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın, Şəhidlər Xiyabanda Azərbaycan və türk şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Geniş tərkibli görüşdə Səfər Əbiyev bildirib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə arxa olmaqla yanaşı, sınaq günlərində də birlikdə olub: “Azərbaycan erməni işğalına məruz qaldığı ilk vaxtlarda da biz bunu yaxından hiss etdik”. Nazirin sözlərinə görə, təəssüf doğuran hal odur ki, bir sıra beynəlxalq qurumlarda istər Azərbaycan xalqına, istərsə də Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyəti özünün lazımi qiymətini almayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması və problemin danışıqlar yolu ilə həll edilməsi üzrə proseslərin davam etdiyini qeyd edib: “Lakin sülh danışıqlarının nəticə vermədiyi halda Azərbaycanın başqa imkanlardan istifadə edəcəyi istisna deyil”.

Müdafiə naziri S.Əbiyev görüş zamanı bildirib ki, hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsindəki əlaqələr inkişaf etməkdədir və gələcəkdə də həmin prinsiplər əməkdaşlığın prioritetlərini təşkil edəcəkdir. Nazir sözünə davam edərək deyib ki, bugünkü görüşlər, aparılan danışıqlar dostluq və əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcək.

Türkiyənin müdafiə naziri Vecdi Gönül də öz növbəsində Azərbaycanla Türkiyənin müxtəlif istiqamətlər üzrə, o cümlədən müdafiə sahəsində geniş əməkdaşlığından söhbət açaraq, perspektivdə də bu əlaqələrin dərinləşdirilməsini zəruri hesab edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar