Müdafiə Nazirliyinin regional təhqiqat idarələri yaradılır
Bu gün Milli Məclisin iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsində, Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri Nizamnaməsində və Silahlı Qüvvələrin daxili xidmət Nizamnaməsində dəyişikliklər edilməsi barədə qanun layihələri qəbul edilib.
Lent.az-ın verdiyi məlumata görə, layihə barədə vitse-spiker, Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov bildirib ki, həmin dəyişikliklər hərbi hissələrdə baş vermiş cinayət hadisələrinin istintaqının obyektiv və ədalətli şəkildə aparılmasını nəzərdə tutur. Bu barədə ölkə başçısı da parlamentə müraciət edib. Həmin müraciət bundan əvvəl parlamentin plenar iclaslarında müzakirəyə çıxarılıb.
Bu dəyişiklərə görə, hərbi hissələrdə baş verən cinayət hadisələri ilə bağlı istintaq tədbirlərini həmin hərbi hissələrin rəhbərliyi və onların nəzarətlərində olan qurumlar deyil, birbaşa Müdafiə Nazirliyinin tabeliyində olan təhqiqat qrupu aparacaq. Ziyafət Əsgərovun sözlərinə görə, bunun üçün 5 regionda regional təhqiqat idarəsi yaradılır.
Millət vəkili Pənah Hüseynov bu dəyişikliyin hərbi hissələrdə baş verən cinayət hadisələrinin istintaqının düzgün və ədalətli aparılması istiqamətində irəliyə doğru atılan addım kimi qiymətləndirib.
Elxan Salahov

Oxşar yazılar

İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03