“Fujifilm”dən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik
Yaponiyanın fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərdən olan “Fujifilm”ə mənsub “MyFinePix.com” adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyini məlum olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Yaponiyadakı səfirliyindən bildirilib ki, sözügedən saytın qeydiyyat bölməsində ölkələrin siyahısı ilə bağlı hissəsində Dağlıq Qarabağ (Nagorno Karabakh) adlı ölkənin daxil edilməsi səfirlik tərəfindən müəyyən edilib və məsələyə dərhal reaksiya verilib.
Məsələnin ciddiliyi, ölkəmiz üçün həssaslığı, xüsusilə də beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğunu qeyd edərək, səfirlik yapon tərəfinin sorğusuna əsasən, yazılı mövqe hazırlayıb, lazımi xəritələr əlavə edərək qarşı tərəfə təqdim edib.
Səfirliyə verilən məlumatda, “Fujifilm” şirkətinin Böyük Britaniya nümayəndəliyi sözügedən saytın qurulması zamanı məlumatları müxtəlif mənbələrdən əldə etdiyi və məsələnin birbaşa Yaponiya Baş Qərargahına aidiyyəti olmadığı məlum olub.
“Fujifilm” şirkəti səfirliyin müdaxiləsindən sonra təhrif olunmuş məlumatı düzəldib və səfirliyə bu barədə müvafiq məktub təqdim edilib.
Məlumat üçün bildirək ki, “MyFinePix.com” Fuji fotoaparatlarının və şəkillərin dizaynı üçün istifadə olunan proqramdır.

Oxşar yazılar

İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03