
XİN seçkiləri işıqlandırmaq istəyən xarici jurnalistlərin akkreditasiya qaydalarını açıqladı
Lent.az-ın XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, xarici kütləvi informasiya vasitələrini təmsil edən mətbuat nümayəndələri “Kütləvi informasiyalar haqqında Azərbaycan Respublikasının Qanununa” əsasən Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidirlər.
Akkreditasiya qaydaları aşağıdakılardır:
Xarici kütləvi informasiya vasitələrini təmsil edən mətbuat nümayəndələri
akkreditasiyadan keçmək məqsədi ilə Azərbaycan Respublikasının xaricdə
yerləşən səfirlik və baş konsulluqlarına müraciət edərək akkreditasiya üçün
aşağıdakı sənədləri təqdim etməlidirlər.
- Jurnalistin müfəssəl formada tərtib olunmuş və imzalanmış tərcümeyi-
halı;
- 1 ədəd 4x3 ölçüsündə fotoşəkil;
- Akkreditasiya olunmaqla əlaqədar KİV rəhbərliyinin Xarici İşlər
Nazirliyinə ünvanlanmış müraciət məktubu (məktubda akkreditasiya
müddəti və məqsədi göstərilməlidir). Məktubda həmçinin ölkəyə
gətiriləcək texnikanın siyahısı və mətbuat nümayəndələrinin ölkəyə giriş-
çıxış tarixi və marşrutu göstərilməlidir;
- Səfər edəcək jurnalistin pasportunun və təmsil etdiyi KİV-i tərəfindən
verilmiş jurnalist vəsiqəsinin sürəti ;
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmadığı ölkələrin
jurnalistləri göstərilən sənədləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə
birbaşa təqdim etməlidirlər. Akkreditasiya üçün tələb olunan sənədlər xarici
jurnalistlər tərəfindən 2010-cu ilin 29 oktyabr tarixinədək qəbul olunacaq.
Jurnalistlər XİN-in akkreditasiya kartını ölkəyə gəldikdən sonra XİN-in mətbuat xidmətindən şəxsən götürməlidirlər.
Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35