Britaniyalı nazir: “Cəbhə xəttində insidentlərin artması narahatlıq doğurur”
20 oktyabr 2010 15:04 (UTC +04:00)

Britaniyalı nazir: “Cəbhə xəttində insidentlərin artması narahatlıq doğurur”

“Azərbaycan ərazisində mövcud olan həll edilməmiş münaqişə Avropa İttifaqını narahat edən və həlli üçün kollektiv səylərimizi artıra biləcəyimiz sahədir”.
APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycan Dövlət Dillər Universitetində (ADU) “Azərbaycan və onun Avropada rolu” adlı məruzəsində deyib.


O, Birləşmiş Krallıq və Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistana köməklik göstərməkdə maraqlı olduğunu bildirib.


Nazir deyib ki, son vaxtlar cəbhə xəttində insidentlərin artması narahatlıq doğurur: “Biz tərəflərin münaqişəni sülh, davamlı danışıqlar yolu ilə həll etməsinə yardım göstərən Minsk Qrupunun səylərini dəstəkləyirik. Amma belə düşünürəm ki, Avropa İttifaqı daha artıq iş görə bilər. Xüsusilə münaqişənin həllindən sonra Azərbaycan və Ermənistana hansısa yardımlar təklif edilməsi mümkündür. Mənim tapşırıqlarımdan biri də Avropa İttifaqı və Böyük Britaniyanın artırılmış birgə səylərini hansısa sahələrdə dəyişiklik yarada biləcəyini qiymətləndirməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar