(R) Deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşüb
Namizədin səlahiyyətli nümayəndəsi Vidadi Məmmədov bildirib ki, görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb.
“Əlibəyli Azərbaycanın qəhrəman kəndlərindən biridir” - deyən millət vəkili vurğulayıb ki, Ermənistan silahlı qüvvələri bu kəndə hücum edərək 400-dən artıq evi dağıtmasına, onlarla kənd sakinini qətlə yetirməsinə baxmayaraq, bu kəndin sakinləri bir saat belə olsun evlərini tərk etməyib, kəndin və bütövlükdə Tovuz rayonunun qorunmasında böyük xidmətlər göstəriblər və hər bir azərbaycanlı bu kəndin sakinləri ilə fəxr edir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin digər cəbhə bölgələrinə olduğu kimi, bu kəndə böyük diqqət və qayğı göstərdiyini deyən millət vəkili vurğulayıb ki, Əlibəyli kəndi elektrik enerjisi, qazla tam təmin edilib, kəndi rayon mərkəzi ilə birləşdirən yol, ön cəbhəyə gedən yol müasir standartlara uyğun yüksək səviyyədə düzəldilib, kənddə yeni məktəb binası tikilib və tikinti-abadlıq işləri bu gün də davam edir. Qənirə Paşayeva bir millət vəkili kimi 5 illik fəaliyyəti dövründə ölkəmizin ön cəbhəsində yerləşən və çox strateji bölgələrdən biri olan Əlibəyliyə daim böyük diqqət yetirdiyini vurğulayıb. “Mən demək olar ki, hər ay bu kəndə gəlmişəm, insanlarla görüşmüşəm, onların problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəməmişəm” - deyən millət vəkili onlarla xarici ölkə səfirlərinin onun dəvəti ilə bu kənddə olduğunu və Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq törətdiyi vandalizm aktlarını diplomatların yerində gördüklərini deyib. O, bildirib ki, bu Ermənistanı ifşa etməklə yanaşı, erməni yalanlarının qarşısının alınması istiqamətində vacib və əhəmiyyətli olub. Onlarla ölkənin Azərbaycandakı səfirləri bu kəndi, onun səmimi və qonaqsevər insanlarını yaxından tanıdı və əminəm ki, heç zaman da unutmayacaqlar.
Millət vəkili Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq öz həyətyanı sahəsində, öz torpağında işləyən dinc insanları snayperlərlə hədəfə almasına, insanlara əziyyət vermək üçün Ermənistan istiqamətindən kəndə gələn su yolunu bağlamasına baxmayaraq, bu kəndin sakinlərinin ön cəbhədə, düşmənlə üz-üzə mətanətlə dayandığını və torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir nəfər kimi Ali Baş Komandanın yanında olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, Ermənistan iqtisadiyyatının getdikcə çökməsinin əksinə olaraq, Azərbaycan gün-gündən inkişaf edir və bu, Ermənistanla 17 km sərhədi olan Əlibəylidən də çox yaxşı görünür.
Qənirə Paşayeva ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. Qənirə Paşayeva bildirib ki, Əlibəyli camaatı və ümumiyyətlə, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.
Vidadi Məmmədov onu da deyib ki, Qənirə Paşayeva Əlibəyli sakinləri qarşısında 5 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib. O, hər bir seçicinin 7 noyabr seçkilərində fəal iştirak etməsinin vacibliyini də vurğulayıb.
Vidadi Məmmədovun sözlərinə görə, Əlibəyli kənd sakinləri Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər. Çıxış edən şəhid ailələri, müharibə əlilləri, veteranlar, ağsaqqallar və ağbirçəklər Qənirə Paşayevanın 5 illik fəaliyyəti dövründə daim onların yanında olduğunu, onların ailə üzvlərindən birinə çevrildiyini, problemlərinin həlli istiqamətində daim ondan dəstək gördüklərini vurğulayaraq yenidən Qənirə Paşayevaya etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər.
Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi şəxsi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

740