Stüart Levi Azərbaycana səfərinin məqsədlərini açıqladı
APA-nın xəbərinə görə, S. Levi Azərbaycanın ABŞ-ın mühüm və strateji tərəfdaşı olduğunu deyib: “Bu, ötən ay Nyu-Yorkda Barak Obama və İlham Əliyevin görüşündə də qeyd olunub. Mənim bugünkü səfərim iki xalq arasında geniş və davamlı dialoqa əsaslanır”.
S. Levi deyib ki, səfərində əsas məqsəd ABŞ-ın dünyadakı tərəfdaşlarının İranın qeyri-qanuni fəaliyyətinə və beynəlxalq maliyyə sistemindən sui-istifadə etməsinə dair məsələlərə diqqətini gücləndirməkdir.
O xatırladıb ki, BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı 1929 saylı qətnamə qəbul edib: “BMT və qlobal icma, o cümlədən ABŞ, Avropa Birliyi, Avstraliya, Kanada, Norveç, Cənubi Koreya və Yaponiya tərəfindən İrana qarşı çox ciddi
sanksiyalar tətbiq olunub, beynəlxalq icmanın qərarı ilə həmrəylik nümayiş etdirilib”.
S. Levi daha sonra deyib ki, İrandan gələn təhlükə təkcə Azərbaycan və region üçün deyil, bütün dünya üçün təhdiddir.
O, daha sonra Azərbaycanda keçirdiyi görüşlərdən söz açıb: “Bakıda olmağımın məqsədi digər ölkələrin rəsmi şəxsləri ilə qarşılıqlı əlaqələrimiz barədə Azərbaycan rəsmilərini məlumatlandırmaq, onlarla beynəlxalq maliyyə sistemini İranın sui-istifadəsindən müdafiə etmək yönündə birgə işləyə biləcəyimiz yollarla bağlı məsləhətləşmələr aparmaq və BMT Təhlükəsizlik Şurasının İranla bağlı 1929 saylı qətnaməsini icra etməkdən ibarətdir”.
S. Levi deyib ki, bu məsələnin ABŞ-la Azərbaycanın maraqlarının bir araya gəldiyi sahə olduğuna inanırlar: “Bu, Azərbaycanın maliyyə sistemini İran tərəfindən törədilən təhlükədən müdafiə etməyə, Azərbaycanın maliyyə sektorunun nüfuzunun qorunub saxlanmasına və nəticə etibarı ilə bura investisiyaların cəlb edilməsinə kömək edir. İndiyədək görülən tədbirlərin gücü, BMT sanksiyalarının qəti icrası, habelə artmaqda olan beynəlxalq konsensusun İran rəhbərlərinin beynəlxalq ictimaiyyətlə hesablamalarına təsir etməsinə və diplomatik variantları gücləndirmək yolunda bizə lazım olan vasitə yaradılmasına çalışırıq. Məqsədimiz məsələnin sülh yolu ilə həllinə nail olmaqdır”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29