(R) 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşüb
19 oktyabr 2010 14:30 (UTC +04:00)

(R) 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva seçicilərlə görüşüb

Namizədin səlahiyyətli nümayəndəsi Vidadi Məmmədov bildirib ki, Qənirə Paşayeva ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. O, bu illər ərzində Tovuzun və tovuzluların problemlərinin həlli üçün bir deputat kimi əlindən gələni etməyə çalışdığını vurğulayıb.

“Bu 5 ildə sizə vicdanla, məsuliyyətlə, layaqətlə, Sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım” - deyən Qənirə Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlarda (xüsusilə AŞ PA), Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi yarım milyon soydaşımızın yaşadığı və strateji müttəfiqimiz olan Gürcüstanla əlaqələrin daha da inkişaf etməsi istiqamətində, Azərbaycan-Türkiyə, Azərbaycan-ABŞ, Azərbaycan-Misir və s. dostluq qruplarının üzvü kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib.

Qənirə Paşayeva bildirib ki, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur. “Bütün fəaliyyətim boyu Sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə olsa itirməmək üçün çalışdım” - deyən millət vəkili vurğulayıb ki, inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir.

Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb və onların qarşısında 5 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib. Hər bir seçicinin 7 noyabr seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan millət vəkili seçkilərin demokratik, azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

Vidadi Məmmədovun sözlərinə görə, seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər. Bundan başqa, onlar müəyyən məsələlərin, problemin həlli ilə bağlı fikir və təkliflərini də millət vəkilinə çatdırıblar və eyni zamanda yenidən Qənirə Paşayevaya səs verəcəklərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725

Oxşar yazılar