Al Bano Dağlıq Qarabağa gedib
İtaliyanın tanınmış estrada müğənnisi Al Bano Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində səfər edib.
APA-nın Ermənistanın “Armtoday” agentliyinə istinadən verdiyi məlumata görə, o, Ağdərənin Vəng kəndində hər il ənənəvi keçirilən “Qarabağ korridası” adlı uzunqulaq yürüşünü izləyib.
2003-cü ildən keçirilən bu yarışda 80 uzunqulaq iştirak edib. Mükafat fondu 5 min ABŞ dolları olan yarışların təşəbbüskarı əslən Qarabağdan olan rusiyalı iş adamı Levon Ayrapetyandır. L. Ayrapetyan yarış üçün mükafat fondu ayırmaqla yanaşı, Al Banonu da yarışları izləməyə dəvət edib.
Al Bano isə təkcə yarışı izləməklə kifayətlənməyib, yarış iştirakçıları qarşısında repertuarından mahnılar ifa edib.
Qarabağda ilk dəfə olduğunu deyən müğənni səfərdən məmnunluğunu da dilə gətirib.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53