MSK-nın iclasında müraciətlərə baxılıb
18 oktyabr 2010 17:33 (UTC +04:00)

MSK-nın iclasında müraciətlərə baxılıb

Lent.az-ın verdiyi məlumata görə, MSK katibi Natiq Məmmədov bildirib ki, AXCP-Müsavat bloku tərəfindən 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş AXCP sədrinin müavini Həsənov Kərimovun müraciətinə baxılıb.


Namizədliyin qeydə alınmaması barədə DSK-nın qərarı qüvvədən düşüb və Həsən Kərimovun namizədliyi MSK tərəfindən qeydə alınıb.


AXCP-Müsavat siyasi partiyalar blokunun 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş İltizam Əkbərlinin namizədliyi isə qeydə alınmayıb.


MSK sədri İltizam Ələkbərlinin MSK-ya çağırılmasını və imzaların saxta çıxmasının onun iştirakı ilə yoxlanılmasını təklif edib. Məzahir Pənahov deyib ki, MSK-nın qərarı səhv olarsa, qərarın ləğvi üçün məhkəməyə şəxsən özü müraciət edər.


İnsan Naminə Siyasi Partiyalar Bloku tərəfindən 23 saylı Səbail Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Liberal Partiyasının sədri Əvəz Temirxanın da namizədliyi qeydə alınıb.


MSK ümum ilikdə 20 namizədin şikayətinə baxıb. 5 nəfərin şikayəti haqlı sayılıb və onların namizədlikləri qeydə alınıb. 15 nəfərin namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyalarının qərarı isə qüvvədə saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar