Azərbaycan Universitetində Dövlət Müstəqilliyi günü qeyd olundu
18 oktyabr 2010 14:20 (UTC +04:00)

Azərbaycan Universitetində Dövlət Müstəqilliyi günü qeyd olundu

Lent.az-a universitet rəhbərliyindən verilən məlumata görə, AU-nun rektoru professor Akif Musayev tədbiri açıb və bu günün əhəmiyyəti barədə danışıb.

Akif Musayev bildirib ki, 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi haqqında bəyannamə qəbul olunub və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycanın müstəqilliyi barədə Konstitusiya aktını qəbul etməsi ilə dövlət 71 il sonra müstəqilliyini bərpa edib. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının davamçısı olması faktı rəsmən təsbit olunub. Rektor qeyd edib ki, 1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.

Universitetin qonağı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Cəmil Hüseynov Azərbaycanın müstəqilliyi tarixinə töhfə verən siyasi xadimlərdən danışaraq Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olduğunu bildirib.

Universitetin İctimai Elmlər kafedrasının müəllimi, Salman İbişov çıxışında rəsmi bayramların milli bayramlar kimi ənənəyə çevrilməsinin labüdlüyünü söyləyib.

Universitetin tələbələri Nərmin Hüseynzadə, Pərvin Qarayeva, Fəridə Məmmədova, Zaira Şamilova, Məfkurə Şirinova, Pərvin Eyvazov Azərbaycanın müstəqillik tarixinin maraqlı məqamlarını əksetdirən məruzə və şeirlər səsləndiriblər. Tədbir, “Hər biriniz müstəqil olun” şüarı ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2083

Oxşar yazılar