® Millət vəkilliyinə namizəd Aslan İsmayılov ABŞ-da səfərdədir
Aslan İsmayılovun Lent.az-a verdiyi məlumata görə, ABŞ-ın Nyu-York şəhərində keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün bu ölkəyə 1 günlük səfəri nəzərdə tutulsa da, səfər müddətini uzatmaq qərarına gəlib: “ABŞ-a səfərimdən istifadə edərək, əvvəlcədən bir sıra görüşlər keçirilməsi barədə razılaşmalar əldə olunmuşdu. Bu çərçivədə Qarabağ problemi və Sumqayıt hadisələri ilə bağlı bir sıra məlumatları görüşdüyüm şəxslərin diqqətinə çatdırdım, Sumqayıt hadisələri ilə bağlı həqiqətlərin əks olunduğu kitabı təqdim etdim”.
A. İsmayılov Nyu-York şəhərinin yaxınlığında yerləşən Floralpark şəhərinin meri Cefri Praynla görüş barədə də məlumat verib. Onun sözlərinə görə, görüşdə ABŞ-ın tanınmış vəkillərindən Maykl Müllen də iştirak edib: “Onlara Sumqayıtda qırğınların SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən planlaşdırılaraq törədildiyini, hadisələr zamanı Sumqayıtda mindən artıq adamın ölmədiyini və əslində 32 nəfərin öldüyünü dedim. Həmçinin bildirdim ki, öldürülənlərdən 6 nəfəri azərbaycanlı olub. Onlar erməniləri xilas edərkən öldürülüb. Bir saata nəzərdə tutulan görüş 2 saatdan artıq çəkdi. Mer və vəkil xahiş etdilər ki, kitab ingilis dilinə tərcümə olunan kimi onlara da verilsin”.
Vəkil qeyd edib ki, görüşlərdə Azərbaycan hakimiyyətinin Qərb yönümlü siyasət yürütməsinə baxmayaraq, Qarabağ probleminin həllində ABŞ-dan lazımi dəstək almaması məsələsini də amerikalı siyasətçilərin diqqətinə çatdırıb.
A. İsmayılov Azərbaycanın BMT-dəki nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevlə də görüşüb: “Nümayəndəliyimizə də “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” kitabını hədiyyə etdim. Onlar da qeyd etdilər ki, bu kitab ermənilərin ABŞ-dakı təbliğatına tutarlı cavablardan olacaq”.
Vəkil Nyu-Yorkda rus dilində nəşr olunan “Novaya vstreça” qəzetinə də Qarabağ problemi və Sumqayıt hadisələri ilə bağlı müsahibə verib: “Bu gün axşam isə “Azadlıq” radiosunda müsahibə verəcəyəm”.
A. İsmayılov həmçinin bildirib ki, deputatlığa namizəd olaraq İctimai Televiziyada 4 dəqiqəlik çıxış imkanından istifadə edə bilməyəcəyindən təəssüflənir: “Mənim üçün seçkilərdə çox vacib olan çıxış imkanından istifadə etməməyimə təəssüflənsəm də, gördüyüm işlərdən məmnunam”.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53