YAP sıralarından çıxarılanların adları açıqlandı
Partiyanın icra katibinin müavini Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, bunlar namizədliklərini 16 saylı Yasamal II, 89 saylı Göyçay-Ağdaş və 109 saylı Balakən seçki dairələrindən irəli sürmüş şəxslərdir.
16 saylı Yasamal II Seçki Dairəsindən namizədliyi özü tərəfindən irəli sürülmüş Babayev Fəxrəddin Səmsəddin oğlu “Haqlı tələb” qəzetinin baş redaktorudur, o, YAP-ın Nərimanov rayon təşkilatının üzvü olub.
YAP-dan xaric edilmiş digər şəxslər 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülmüş Rəhimova Rəqibə Cəfər qızı və 109 saylı Balakən Seçki Dairəsindən namizədliyi özü tərəfindən irəli sürülmüş Nooyev Məhəmməd Əsədullah oğludur. Sonuncu İqtisadi İnkişaf Nazirliyinin Abşeron rayon Şöbəsində böyük məsləhətçi vəzifəsində çalışır.
“Partiyada namizədlikləri özləri tərəfindən irəli sürülmüş şəxslərlə bağlı da işlər gedir. Ancaq partiyadan çıxarılmış həmin üç nəfər YAP-ın namizədləri rəsmi qaydada irəli sürüldükdən sonra özləri fərdi qaydada namizədliklərini irəli sürüblər. Artıq həmin şəxslərin YAP sıralarından çıxarılması ilə bağlı protokollar müvafiq dairə seçki komissiyalarına göndərilib ki, onların adlarının qarşısından YAP sözü çıxarılsın” – deyə, S. Novruzov əlavə edib.
Qeyd edək ki, YAP 7 noyabr parlament seçkiləri ilə əlaqədar 114 seçki dairəsi üzrə vahid namizəd irəli sürüb. Sonradan bu say 111-ə enib.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53