MSK parlament seçkisi ilə bağlı yaddaş kitabçaları nəşr edib
Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.
“Müşahidəçilər üçün yaddaş” yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilib. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Müşahidəçilər üçün yaddaş” kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq nəşr olunub.
“Seçki günü üçün yaddaş” yaddaş kitabçasının girişində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə ünvanladığı müraciət yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır və seçkilərin azad, şəffaf və ədalətli keçirilməsinin təmin edilməsində uğurlar arzulayır.
“Seçki günü üçün yaddaş”da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Seçki günü üçün yaddaş” Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

650