Tahir Məmmədov: “Pulsuz efir vaxtından yalnız namizəd özü istifadə edə bilər”
16 oktyabr 2010 00:28 (UTC +04:00)

Tahir Məmmədov: “Pulsuz efir vaxtından yalnız namizəd özü istifadə edə bilər”

Bu qərara əsasən bütün namizədlər İctimai Televiziyada pulsuz efir vaxtından istifadə hüququ əldə etdi.

Seçki təşviqatı İTV-də debatlarla başladı. İlk debat və müəyyən olunmuş qaydalarla bağlı suallarımızı İctimai Teleradionun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov cavablandırdı. T.Məmmədov bildirdi ki, bu gözlənilməz və həm də gözlənilən bir qərardır: “MSK ilə İctimai Teleradionun birgə qərarına əsasən, hər bir namizəd pulsuz efir vaxtından istifadə edəcək. Debatda bütün namizədlərə eyni şərait yaradılır və müəyyən olunmuş vaxt çıxışçılar arasında tam bərabər bölünür. İctimai Televiziya seçici aktivliyini artırmaq məqsədilə canlı debatları praym-taymda, yəni axşam saat 21:00-dan 23:00-dək yayımlayır. Bu iki saat ərzində namizədlər öz dairələrindən olan digər namizədlərlə dəyirmi masada çıxış edirlər. Hər gün təqribən 30 nəfər bu proqramda iştirak edir. Hər bir namizədə 4 dəqiqə pulsuz efir vaxtı ayrılır”.

İlk debatın necə keçdiyinə gəlincə, İTV nümayəndəsi qeyd etdi ki, ilk proqram tam normal keçdi: “Namizədlər tam bərabər şəraitdə çıxış etdilər. Bugünkü debatda bircə anlaşılmazlıq oldu. Bu da 10 saylı Binəqədi 3-cü seçki dairəsindən Madər Musayevin özünün deyil, vəkilinin çıxış etməsi idi. Açığını söyləyim ki, ilk efir günündə paralel olaraq bir çox hazırlıq işləri aparılırdı və qərardakı pulsuz efir vaxtından bilavasitə namizədin istifadə etməsi şərti nəzərdən qaçıb. Növbəti dəyirmi masada buna bir daha aydınlıq gətiriləcək. Bu, ilk efir günün qüsurudur və heç vaxt təkrarlanmayacaq. Bir daha nəzərinizə çatdırıram ki, pulsuz efir vaxtından yalnız və yalnız deputatlığa namizədlər özləri istifadə edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar