
Həmsədrlər birgə bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafına edilmiş səhra qiymətləndirici missiyasının yekunlarına həsr olunmuş birgə bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, missiya tərəflərlə əvvəlcədən razılaşdırılmış şəkildə oktyabrın 7-dən 13-dək gerçəkləşdirilib. Missiyanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası həyata keçirib. Missiyanın tərkibinə həmsədrlərin dəvəti əsasında üç ekspert də daxil edilib ki, onlardan ikisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləridir: “Missiya həmsədrlərə yerlərdə çoxsaylı insanlarla görüşmək və bu ərazilərdəki ümumi vəziyyəti, o cümlədən humanitar tələbatları dəyərləndirmək üçün gözəl imkan yaradıb. Hazırda həmsədrlər ekspertlərin iştirakı ilə missiya zamanı toplanan məlumatların analizini aparırlar. Bu iş başa çatdıqdan sonra həmsədrlər ATƏT-in daxili hesabatını hazırlayacaq və sənədi tərəflər təqdim edəcəklər”.
Oxşar yazılar

Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26