Deputatlar maaşlarının artırılmasını və avtomobil istəyiblər
13 oktyabr 2010 19:16 (UTC +04:00)

Deputatlar maaşlarının artırılmasını və avtomobil istəyiblər

APA-nın məlumatına görə, Hesablama Palatasının sədri Heydər Əsədov 2011-ci il üçün palatanın xərclərinin 3 milyon 720 min manat həcmində nəzərdə tutulduğunu və bu vəsaitin təlabatı ödədiyini bildirib.

Milli Məclisin 2011-ci il üçün xərclər smetası barədə məlumat verən parlamentin işlər idarəsinin müdiri Firudin Hacıyev isə deyib ki, gələn il büdcədən Milli Məclis üçün 17 milyon 566 min manat ayrılması planlaşdırılıb.

Milli Məclisin üzvü Qüdrət Həsənquliyev millət vəkillərinin avtomaşınlarla təmin olunması məsələsini qaldırıb. Pənah Hüseyn isə Milli Məclisin kitabxanasının zənginləşdirilməsi, parlamentin televiziya kanalı və ya radiosunun yaradılmasının vacibliyini vurğulayıb.

Digər deputatlar da layihə barədə fikrlərini bildirərək millət vəkillərinin məvaciblərinin artırılmasını istəyiblər.

Hər iki sənəd deputatlar tərəfindən bəyənilib. Sənədlər Milli Məclisin oktyabrın 22-də keçirilən iclasında təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar