Əli Əhmədov: “Məqsədləri təxribat törətmək olub”
Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icraçı katibi Əli Əhmədov AXCP-Müsavat siyasi partiyalar blokunun namizədlərinin qeydiyyatı ilə bağlı problemlərin qabardılmasına münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, Əli Əhmədov deyib ki, bu blokun namizədlərinin yarıdan çoxu imza vərəqələrini sonuncu gün - oktyabrın 8-də təqdim ediblər.
Onun sözlərinə görə, onlar imza vərəqələrini əsasən oktyabrın 8-də, iş gününün qurtarmağına 1-2 saat qalmış təqdim ediblər. Əli Əhmədov bildirib ki, bu insanlar namizədliklərinin qeydiyyatı barədə düşünsəydilər, imza vərəqələrini imza toplanılması üçün ayrılmış 1 ay ərzində təqdim edərdilər: “Əgər oktyabrın 8-dən əvvəl imza vərəqələrini təqdim etsəydilər, onların imza vərəqələrində və sənədlərində hər hansı problem ortaya çıxsa idi, dairə seçki komissiyaları nöqsanları aradan qaldırmaq üçün sənədləri onlara təqdim edəcəkdilər. Dairə seçki komissiyalarının belə hüququ var. Ancaq onların məqsədi namizədliklərinin qeydə alınmasına çalışmaq olmayıb”.
Əli Əhmədov qeyd edib ki, məqsəd təxribat törətmək olub: “Sonuncu gün imza vərəqələrini təqdim edəndə, dairə seçki komissiyası nöqsanları aradan qaldırmaq üçün onları geri qaytara bilmir. Deməli, məqsəd başqadır. Onlar təxribat törətmək və beynəlxalq təşkilatlar qarşısında şou düzəltməyi qarışlarına məqsəd qoyublar”.
Ramiz

Oxşar yazılar

Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26