Əli Əhmədov: “Qiymətləndirmə missiyasının işğal olunmuş bölgələrində araşdırma aparması əhəmiyyətli aksiyadır”
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində partiyanın İcra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan tərəfindən məskunlaşdırılması, orada kənar insanların yerləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycan dəfələrlə müvafiq beynəlxalq qurumlara və instansiyalara, o cümlədən də ATƏT-in Minsk Qrupuna müraciətlər edib. İşğal altında olan torpaqlarının yararsız hala salınması, bu ərazilərin dağıdılması faktları aşkar olunub ki, bu barədə də Azərbaycan müvafiq şəkildə öz etirazını müvafiq instansiyalara bildirib. Bütün bunların hamısının ortaya qoyulması, mənzərənin aydın şəkildə təşviq və təsəvvür edilməsi üçün bu faktaraşdırıcı missiyanın öz işini həyata keçirməsi çox vacibdir.
“Güman edirəm ki, obyektiv olaraq həyata keçirilən faktaraşdırıcı missiya bütövlükdə münaqişənin ədalətli həlli üçün zəruri olan bir sıra əhəmiyyətli faktları ortaya qoya biləcək. Bu faktlar bir tərəfdən Ermənistanın işğalçılıq siyasətini ən xoşagəlməyən formalarda həyata keçirdiyindən xəbər verəcək, reallığı ortaya qoyacaq, digər tərəfdən, ATƏT-in Minsk qrupunun ədalətli qərar qəbul etməsi üçün çox əhəmiyyətli faktoloji baza yarada biləcək», - deyə YAP rəsmisi vurğulayıb.
Ə. Əhmədov hesab edir ki, bu missiya bütövlükdə Minsk Qrupunun nizamasalma prosesinə əhəmiyyətli kömək edəcək, eyni zamanda, Ermənistan tərəfinin bəhanələrinə, çox müxtəlif təxribatlarına arqumentli şəkildə cavab verəcək.

620