Avropa Komissiyası Azərbaycana dair hesabat hazırlayacaq
Lent.az-ın Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hesabat hazırlamaq üçün Avropa Şurasının irqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti sentyabrın 27-dən oktyabrın 1-dək Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində komissiyanın nümayəndələri 2007-ci ildə hazırlanmış hesabatda irəli sürülən tövsiyələrin Azərbaycan tərəfindən yerinə yetirilməsinin gedişi ilə bağlı informasiya toplayıb, eləcə də ötən dövr ərzində ortaya çıxan yeni məsələləri müzakirə edib. Nümayəndə heyəti Bakı və Lənkəranda nazirliklər, vəzifəli şəxslər, insan haqları və milli azlıqlar üzrə qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.
Səfərinin nəticəsi üzrə irqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası hakimiyyətin ölkədə irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, antisemitizm və dözümsüzlüklə mübarizə üçün qəbul etməli olduğu tədbirlər haqqında yeni tövsiyələr toplusunu özündə birləşdirən məruzəni təqdim edəcək. Hesabat dərc olunduqdan sonra ardıcıllıqla görüləcək tədbirlər üzrə aralıq proseduru şəklində təkrar baxılacaq.
İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası - Avropa Şurasının insan hüquqları üzrə orqanıdır. Komissiya irqçilik və dözümsüzlük sahəsində vəziyyəti izləyən, Avropa Şurasına üzv ölkələr üçün məruzə və tövsiyələr hazırlayan müstəqil ekspertlərdən ibarətdir.

772