İlk dəfə səs verən gənclər üçün seminarlar - FOTO
09 oktyabr 2010 19:58 (UTC +04:00)

İlk dəfə səs verən gənclər üçün seminarlar - FOTO

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sentyabrın 27-dən başlayan seminarlar 60-a yaxın rayon və şəhərlərdə təşkil olunur. Bu həftə Bakının Nizami, Sabunçu, Xəzər, Yasamal rayonlarında, habelə Tərtər, Tovuz, Mingəçevir, Yevlax, Samux, Beyləqan, Saatlı, Lerik, Qazax, Şabran, Xaçmaz, Hacıqabul və Sabirabadda keçirilmiş seminarlarda gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin bir sıra məsul əməkdaşları, Dairə Seçki Komissiyalarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak ediblər.

Seminarların sonunda Gənclər və İdman Nazirliyinin nəşr etdiyi “Milli Məclis – Qanunverici Orqan” yaddaş kitabçası gənclərə paylanıb. Bundan başqa Polis şöbələrinin əməkdaşlarının iştirakı ilə bir qrup gəncə şəxsiyyət vəsiqəsi verilib.


Başa çatmaqda olan həftə ərzində keçirilən seminarlarda 2000-ə yaxın gənc iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar