Əhmədinejad Bakıya gələcək
İran prezidenti Mahmud Əhmədinejad Xəzəryanı ölkələrin dövlət başçılarının dekabr ayında Bakıda keçiriləcək zirvə toplantısında iştirak edəcək.
APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst deyib. O bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi 5 ölkənin səlahiyyətinə aiddir: “Xəzərin dibinin bölünməsi barədə müəyyən müzakirələr olub. Xəzərin hüquqi statusu ilə bağlı məsələlər beş ölkə arasında 70 faiz razılaşdırılıb”.
R. Mehmanpərəstin sözlərinə görə, 5 ölkədən birinin razılıq verməməsi qərar qəbul edilməsini çətinləşdirir: “Ümid edirik ki, 5 Xəzəryanı ölkənin dövlət rəhbərlərinin görüşündə qalan 30 faiz məsələlər də həll olunacaq”.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29