Ramil Usubov ATƏT DTİHB Seçkiləri müşahidə missiyasının rəhbəri ilə görüşüb
Bu gün daxili işlər naziri Ramil Usubov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri müşahidə missiyasının rəhbəri səfir Odri Qloveri qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ramil Usubov asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Nəzərə çatdırılıb ki, parlament seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb. Eyni zamanda Mərkəzi Seçki Komissiyası ilə birlikdə “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” hazırlanaraq çap etdirilib. Kitabçada polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, eləcə də səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib.
Daxili işlər naziri seçkilərdə polisin əsas vəzifələrindən birinin seçicilərin, seçki məntəqələrinin və namizədlərin təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu, bununla bağlı zəruri tədbirlərin görüləcəyini, qanunla nəzərdə tutulan bütün vəzifələrin yerinə yetiriləcəyini söyləyib. Eyni zamanda Ramil Usubov seçki kampaniyası dövründə nazirliyin digər əsas vəzifəsinin vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi olduğunu bildirib və bu istiqamətdə də lazımi işlər görüldüyünü vurğulayıb. Seçki gününədək 18 yaşı tamam olacaq şəxslərin müəyyən edilməsi və onlara ilk növbədə şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunur. Artıq bu kateqoriyadan olanların 99 faizə qədəri şəxsiyyəti təsdiq edən sənədi alıb.
Odri Qlover əraflı məlumata və seçkilərə hazırlıqla əlaqədar daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərə görə minnətdarlığını bildirib. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlərə də toxunulub.

Oxşar yazılar

Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50